Gömrük Komitəsinin inspektoruna cəza istənildi
13:15 / 14.03.2019
4322
Dövlət Gömrük Komitəsinin böyük inspektoru, qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzova cəza istənilib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək M.Novruzovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses martın 28-də davam etdiriləcək.
İttihama görə, M.Novruzov DGK-nın Xaçmaz Gömrük İdarəsinin "Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman komitə sədrinin əmri ilə bir ay müddətinə "Samur” Gömrük postuna ezam olunub. O, həmin ərazidə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq 5539 manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsini təşkil edib.