Özünü DTX əməkdaşı kimi təqdim edən qadına hökm oxunub

Özünü DTX əməkdaşı kimi təqdim edən qadına hökm oxunub


Özünü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Sevinc Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

ONA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən S.Mirzəyeva 7 il müddətinə azadlıqdan məhrum edilib.


 

Qeyd edək ki, S.Mirzəyeva Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, özünü DTX əməkdaşı kimi təqdim edərək əlil ailələrinin evlə təmin olunması üçün yeni fond yaradıldığını və fonda rəhbər təyin edildiyini söyləyib. S.Mirzəyeva zərərçəkmişlərdən onlara əlillər üçün tikilən binadan ev verdirəcəyini, təqaüdə çıxaracağını vəd edərək pul alıb.


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...