Azis mahnısını “oğurlayan” azərbaycanlı müğənniyə öz otağında nə dedi? VİDEO + FOTO

Azis mahnısını “oğurlayan” azərbaycanlı müğənniyə öz otağında nə dedi?  VİDEO + FOTO
A A A

"Məhkəmədə görüşərik! Nəhayət, səni tapdım!"

Sfera.az 7news.Az-a  istinadən xəbər verir ki, 25 iyulda Bakıda kosert verən məşhur Bolqarıstan müğənnisi Azis vaxtilə onun mahnısına "cover" etmiş gənc azərbaycanlı müğənni Elvin Babazadə ilə görüşüb.

Onların görüşünün təfərrüatlarını öyrənmək üçün Elvin Babazadə ilə əlaqə saxladıq. O, Azislə görüşdən məmnun olduğunu bildirib.

"İlk növbədə təşkil edilmiş görüşə görə Samir Xəttaba minnətdaram. Görüşümüz çox da uzun çəkmədi. Mən Azisin otağına daxil oldum və o, çox diqqətlə məni sezirdi. Ağlıma iki fikir gəldi: Azis içki şüşəsini üzərimə ataraq "Məhkəmədə görüşərik! Nəhayət, səni tapdım!" deyəcək və yaxud hər şey sülhlə bitəcək. Mən yaxınlaşdım, salamlaşdım və "Mən sizin mahnınızı ifa etmişəm" söylədim. O isə dərhal "Doğrudan? Elvin?" dedi. Və bundan sonra onunla qucaqlaşdıq. Bir sözlə, hər şey sülhlə bitdi. Sonda isə videokameranı qoşaraq, ümumi olan "Sen Trope" mahnımızı ifa etdim. Düşünürəm ki, gələcəkdə hər hansı layihə ilə bağlı yenidən görüşəcəyik.

Ayrıca təşəkkür isə Azisə düşür. O, bir çox müğənnilərin edə biləcəyini etmədi. Azis başa düşdü ki, mən onun mahnılarının təbliğ olunmasında böyük rol oynamışam. Samir mənə bildirdi ki, Azis mənim barədə eşidən kimi tanıyıb. Düşünürəm ki, Azis mənim konsertə gələcəyimi gözləmirdi. O mənə çox gözəl səsimin olduğunu dedi. Duet barədə bir söz deməsə də, fikrimcə, bunun üçün ilk addım artıq atılıb. Partlayışa hazır olun", - deyə Elvin bildirib.

Elvin qeyd edib ki, əvvəl Azislə bir səhnəni bölüşmək məhz ona təklif olunsa da, sonradan bəzi səbəblərə görə bu alınmayıb.

"Bəzən arzularımdan asılı olmayaraq ağlım ilə hərəkət etməyi üstün tuturam", - deyə sənətçi əlavə edib.

Xatırladaq ki, 2013-cü ildə qalmaqalları ilə məşhur olan bolqar müğənni Azis ilə əməkdaşlıq edən prodüser mərkəzi “Eurovision-2013”ün milli seçim turunun iştirakçısı Elvin Babazadəni müəllif hüquqlarını pozmaqda ittiham etmişdi. Milli seçim turunun beşinci həftəsində müğənni Elvin Babazadə İTV-nin efirində Azisin "Sen-Trope" mahnısını Azərbaycan dilində ifa etmişdi.

Elvin Babazadənin repertuarında Azisin bir neçə mahnısı yer alır.

İki ulduzun görüşündən video və fotoları təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı sə...

Unibankdan daha bir yenilik - Müştərilərə Kredit həyat sığortası təklif olunur

Unibank müştərilərinin maliyyə təhlükəsizliyini təmin etmək üçün yeni məhsul təklif edir. Artıq kredit götürən müştərilər, kreditin ödəmə müddətində özlərini və...

Peycer nədir və necə partladıla bilər? - AÇIQLAMA

Son günlər peycer anlayışı aktual mövzulardan biri olub. İnsanların çoxu isə peycerin nə olduğundan məlumatsızdır.   Bəs peycer nədir və&n...