Yemək xoşuna gəlmədi, bacısını bıçaqladı - Bakıda

Yemək xoşuna gəlmədi, bacısını bıçaqladı -  Bakıda

Bakının Qaradağ rayonunda qardaş bacısını bıçaqlayıb. 

Sfera.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında 1 saylı şəhər kliniki xəstəxanasına təcili tibbi yardımla  bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 30 yaşlı Mədinə Cəbrayıl qızı Sacadlı gətirilib. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Hadisə barədə dərhal polisə məlumat verilib. Araşdırmalar nəticəsində məlum olub ki, qadını qardaşı bıçaqla vurub. Belə ki, Ələt qəsəbəsi ərazisində yaşadıqları evdə qardaş bacısından yemək istəyib. Bacısının gətirdiyi yemək qardaşın xoşuna gəlmədikdə onlar arasında mübahisə yaranıb və qardaş masanın üstündən götürdüyü mətbəx bıçağı ilə bacısına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Qeyd edək ki, həm Mədinə Sacadlı, həm də qardaşı müxtəlif vaxtlarda məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...