Füzulidə daha iki qəsəbəyə mavi yanacaq verilib

Füzulidə daha iki qəsəbəyə mavi yanacaq verilib
Füzuli rayonunun 7 və 6 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. 

Sfera.az “qafqazinfo” xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Alı Alıyev açılış mərasimində çıxış dib, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən  Alı Alıyev qeyd edib ki, prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun əksər yaşayış məntəqələri qazlaşdırılmış, digər kənd və qəsəbələr isə cari ilin avqust ayına kimi qazlaşdırılacaqdır. 

Açılış mərasimində bildirilib ki, 7 və 6 №-li  Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbəlrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Qeyd edək ki, 205 abonenti olan 7 №-li  Qayıdış və 200 abonenti olan 6 №-li Qayıdış qəsəbələrində birpilləli sistem əsasında uzunluğu 13281 metr olan metal borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...