“Doktor Botoks” pasiyentlərə inşaat silikonu vururmuş

Dünya
17:45 / 28.01.2019
2956
Məşhur israilli həkim Frederik Brandt – "Doktor Botoks” onlarla pasiyentinin dodağına inşaatda istifadə olunan silikon vurubmuş.
İsrailin "Kanal 13” televiziyası fırıldaqçı cərrahın istintaq materiallarından dəhşətli məqamları açıqlayıb.
"Doktor Botoks” kimi tanınan cərrah onlarla qadının dodağına tikintidə istifadə olunan sənaye silikonu vurub. Bu silikon unitaz, çanaq və hamam vannalarının yapışdırılmasında istifadə olunur.
Assaf xa-Rofe xəstəxanasının həkimləri tərəfindən aparılan araşdırma göstərir ki, əməliyyat heç bir fenomenal təcrübə olmadan aparılıb.
Qeyd edək ki, Frederik Brandtı "botoksun atası” da adlandırırlar. Onun pasientləri arasında bir çox Hollivud ulduzları, o cümlədən, Madonna, Holli Beri, Qvinet Peltrou və digərləri var. Həkim 2015-ci ildə Mayamidəki evində özünə qəsd edib.