Türk əsgərinə hücumu NRT kanalının rəhbəri planlaşdırıb: Hücumun şok təfərrüatı

Türk əsgərinə hücumu NRT kanalının rəhbəri planlaşdırıb: Hücumun şok təfərrüatı
İraqın şimalındakı Duhok şəhərindəki Türkiyə hərbi bazasına hücumun kim tərəfindən planlaşdırdığı və həyata keşrildiyi aşkar edilib.
 
Sfera.az xəbər verir ki, bazaya hücumun planını verən  NRT peyk kanalının sahibi Şahsuvar Abdulvahit həbs edilib.
 
Onun  PKK terror təşkilatında  narkotik və pul köçürmələrində əsas şəxs olduğu ortaya çıxıb. Yeni Nəsil Hərəkatı (YNH) lideri Şahsuvar Abdulvahitin ələ keçirilməsində yük daşıyan sürücülərin rolu böyük olub. Onlar kod isim kimi  NRT  adından istifadə etdiklərini açıqlayıblar.  Bundan sonra kanalın əməkdaşları, bu gün səhər isə kanalın rəhbəri həbs edilib. 


OXŞAR XƏBƏRLƏR