ABŞ necə məğlub edildi? - Fotolar

ABŞ necə məğlub edildi? - Fotolar
Müasir tarixin ən qanlı döyüşlərindən biri olan Vyetnam müharibəsinin acısının bu gün həm ABŞ, həm də Vyetnam xalqı çəkir. Çünki bu amansız savaşda yüzminlərlə insan həlak oldu. Sfera.az xəbər verir ki, Vyetnam xalqı öz azadlığı üçün, işğalçıları ölkədən qovmaq üçün ayağa qalxdı. Qadın, uşaq demədən azadlıq üçün savaşdılar. Sonda bu savaşda qalib olmağı bacardılar. Bu gün Vyetnamda ən çox ziyarət edilən, turistlərin marağına səbəb olan yerlərdən biri amerikalıların ölüm tuneli adlandırdıqları, yeraltı tunellərdir. Məhz müharibənin taleyini həll edən, amerikalı əsgərləri labirint tunellərlə məhv edildiyi bu yerə gələn elə amerikalı turistlərdir Vyetnam xalqı tərəfindən istifadə edilən Cu Chi tunelləri uzunluğu 200 kilometrdir. Tunel 1940-cı ildə qazılmağa başlayıb. 25 illik zəhmətin hesabına ərsəyə gələn bu tunellər dünyanın ən böyük yeraltı tuneli hesab edilir. 
 
Müharibə zamanı, bu tunellərdə gizlənən və yaşayan 10 min yetnam əsgəri, qəflətən amerika əsgərlərinə hücum edir, onları məhv edirdi. Amerikalılar bu tuneli həmdə ona görə ölüm tuneli adlandırırdılar ki, bura düşən əsgərlər həlak olurdu. Çünki tunellərin girişi xüsusi tələlərlə təhciz edilmişdi. Bu tunellərdə çoxlu sayda amerikalı əsgərin məhv edildiyi bildirilir. İndi bu ərazi Vyetnam hökuməti tərəfindən turistik ərazi elan edilib. Ərazinin olduqca füzunkar gözəlliyi də turistləri bura cəlb edir. İl ərzində bu tunelləri 2 milyon turist ziyarət edir.



 



OXŞAR XƏBƏRLƏR

Məhkəmədən Ruben Vardanyan barədə YENİ QƏRAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...