Hitlerin auksiona çıxarılan rəsm əsərləri müsadirə edildi – MƏHKƏMƏ QƏRARI

Hitlerin auksiona çıxarılan rəsm əsərləri müsadirə edildi – MƏHKƏMƏ QƏRARI
Adolf Hitlerin çəkdiyi rəsmlər Almaniyada auksiona çıxarılıb. Paytaxt Berlindəki aukion evində təşkil olunan tədbirdə alıcılara təqdim olunan 286, 287 və 288 nömrəli rəsm əsərlərini polis müsadirə edib.

Buna səbəb isə, məhkəmə qərarı göstərilib. Belə ki, məhkəmənin qərarında bildirilir ki, rəsm əsərlərinin saxta olduğuna, A.Hitlerin imzasının rəsmlərə sonradan əlavə olunduğuna dair internet resurslarında iddialar var. Həmin iddiaların araşdırılması məqsədi ilə rəsm əsərlərinə məhkəmə qərarı ilə əl qoyulur.

Mövzu ilə bağlı "Bild” qəzetinə danışan polis sözcüsü Patrisia Bremer bildirib ki, çərşənbə axşamı günü internet resurslarında rəsmlərdəki Adolf Hitler imzasının saxta olduğuna dair iddialar yer alıb. Rəsm əsələri də məhkəmə qərarı ilə müsadirə edilib.
Məlumat üçün bildirək ki, auksiona Nasist Almaniyasının lideri Adolf Hitlerin peysaj janrında çəkdiyi 3 rəsmi çıxarılıb. „Rheinlandschaft", „Alpenlandschaft" və „Niederthal, Vent"  adlı rəsm əsərləri 1907-1911-ci illərə aiddir. Hər üçün rəsmdə Adolf Hitlerin imzası var.
Güman edilir ki, o bu rəsm əsəslərini Vyana Sənət Akademiyasından oxuyarkən çəkib. Hər üç rəsm auksionda alıcılara 4 min avrodan başlayan qiymətlə təklif olunub. İddialara görə, A.Hitler 2 mindən çox rəsm əsərinin müəllifidir. 




OXŞAR XƏBƏRLƏR

Məhkəmədən Ruben Vardanyan barədə YENİ QƏRAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...