Rus xüsusi təyinatlılarına dərs verən türk qızı – Foto/Video
13:43 / 27.01.2019
3825
Rusiyada yeni dünya rekordu müəyyənləşib. Sfera.az xəbər verir ki, Ginnesin rekordlar kitabına adını yazdıran şəxs türk qızı Osman Delibaşdır. Moskva yaxınlığındakı Odintsovo şəhərində yaşayan 26 yaşlı qız 1 saat 4 saniyə buzlu suda qalaraq dünya rekordunu qırıb.
Anası rus, atası türk olan olan və ailəsi ilə birlikdə bir müddətdir Rusiyada yaşayan Osman Delibaş, Rusiyada bir çox yarışların qalibidir. Aktrisa, müğənni kimi müsabiqələrdə qalib olan bu cəsur qız həm də Rusiya xüsusi təyinatlılarının müəllimidir. Osman Delibaş xüsusi təyinatlılara soyuq suda qalmağın və üzməyin sirlərini öyrədir.