“Daşnaksütyun”dan Qarabağla bağlı şok bəyanat: Erməni həyasızlığı heyrətləndirməkdə davam edir

“Daşnaksütyun”dan Qarabağla bağlı şok bəyanat: Erməni həyasızlığı heyrətləndirməkdə davam edir
Tarixi Azərbaycan şəhəri olan, hazırda ermənilərin nəzarət etdiyi Xankəndi şəhərində məşhur terror təşkilatı olan "Daşnakütyun”un keçirdiyi toplantıda Qarabağla bağlı bəyanat qəbul edilib.
 
Bəyanatda terror təşkilatının və onlara belə bir toplantı keçirməyə şərait yaradan İrəvanın Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək niyyətində olmadığı görünür. "Daşnaksütyun” məlum bəyanatda iddia edir ki, "Arsax Respublikası”nın dövlət statusu və torpaq bütünlüyü bazarlıq mövzusu ola bilməz”. Terror təşkilatı vurğulayıb ki, onlar qondarma "respublika"ya hər cür dəstək verirlər və gələcəkdə də verməkdə davam edəcəklər.
Bəyanatda Ermənistanla Qarabağdakı qondarma rejim arasında hərbi-siyasi müqavilənin imzalanması zəruri hesab edilir. Həmçinin, terror təşkilatı bundan sonra da Ermənistanı qurama "respublika"ya dəstək verməyə, onun mövcudluğunun qarantı rolunda çıxış etməyə səsləyir.
Xatırladaq ki, türk dünyasına qarşı saysız –hesabsız terror əməliyaytları həyata keçirən "Daşnaksütyun” Qarabağ müharibəsi zamanı da mülki insanlara qarşı amansız vəhşiliklərə imza atıb və bu gün də öz çirkin missiyasından, terrorçuluq fəaliyyətindən əl çəkmiş deyil. Moderator


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Xarici İşlər Nazirliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   Sfera.azxəbər verir ki, Türkiyə XİN-in “X&rdquo...

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi COP29 tədbirinə hazırlıq məqsədi ilə bağlanacaq yollarla bağlı sürücülərə müraciət edib.   Bu barədə Sfera.az-a ...

Hacıqabulda 3 otaqlı ev YANDI

Hacıqabulda 3 otaqlı ev yanıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun Qubalı Ba...

Məhkəmədən Ruben Vardanyan barədə YENİ QƏRAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...