Maduro rejiminin xarici bank hesablarına həbs qoyuldu – Nəhəng məbləğlər

Maduro rejiminin xarici bank hesablarına həbs qoyuldu – Nəhəng məbləğlər
Venesuela prezidenti Nikolas Maduro nəinki postunu itirir, eyni zamanda xarici banklardakı var-dövləti də əlindən çıxır. "Bank of England” (İngiltərə bankı) onun qızıllarını qaytarmaqdan imtina edir.

"Bloomberg" xəbər verir ki, onun İngiltərə bankında təxminən 1,2 milyard dollarlıq qızıl külçələri var.

 

Böyük Britaniya mətbuatının yazdığına görə, İngiltərə bankının qərarında ABŞ-ın yüksək çinli məmurlarından birinin əsas rolu olub. Həmin adam ya ABŞ dövlət katibi Mayk Pompeodur, ya da Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton.

Venesuela mərkəzi bankının xaricdə ümumilikdə 8 milyard dollar ehtiyat vəsaiti var. Əksəri İngiltərədə saxlanılır.

//www.bizimyol.info/az/wp-content/uploads/2019/01/2019-01-23_223440-768x479.jpg 768w" sizes="(max-width: 782px) 100vw, 782px" style="padding: 0px; margin: 0px; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; opacity: 1; transition: all 0.4s ease-in-out 0s;" />
Xuan Quaydo

Venesuelada hakimiyyəti ələ keçirən Xuan Quaydo da məsələyə münasibət bildirib. O, ingilislərin qərarını alqışladığını deyib: "Venesuela aktivlərinin müdafiəsi prosesi artıq start götürüb. Biz bundan sonra xalqın sərvətinin talanmasına imkan verə bilmərik”.

Bizimyol.info 

 


OXŞAR XƏBƏRLƏR