Millət vəkili həbsxanadan azad edildi

Millət vəkili həbsxanadan  azad edildi
Türkiyədə həbs olunan HDP –nin Hakkaridən seçilən  millət vəkili Leyla Güvən azad edilib. Sfera.az xəbər verir ki, PKK lideri Abdulla Öcalanın müdafiəçisi olan millət vəkili dünən bir daha onu müdafiə etməyəcəyinə dair açıqlama verib. Xatırladaq ki, millət vəkili daim öz çıxışlarında PKK terror təşkilatını dəstəkləyir və bu təşkilatı terror qrupu kimi qəbul etmirdi.
 
Erməniəsilli Leyla Güven  22 Yanvar 2018-ci ildə həbs edilmişdi. Türkiyə hökumətinin siyasətinə qarşı çıxaraq Abdulla Öcalanın qanunsuz həbs edildiyini iddia edirdi.  


OXŞAR XƏBƏRLƏR