Ermənilərin öldüyü kafe haqqında iddia

Dünya
15:25 / 25.01.2019
2183
Rusiyanın Soçi şəhərində 11 nəfərin öldüyü yanğına görə məhkəmə prosesi başlayıb.
Sfera.az bildirir ki, kafenin sahibi və yerin icarədarı Ermənistan əsilli şəxsdir. İstintaq zamanı müəyyən olunub ki, obyekt tikilən zaman təhlükəsizlik qayalarına riayət olunmayıb. Bunu bilən 54 yaşlı erməni sahibkar həmin yeri icarəyə götürüb.
Onunla yanaşı daha iki erməni əsilli şəxs istehlakçıların təhlükəsizliyinin qorunmaması və ehtiyatsızlıqdan 2 və ya daha çox adamın ölümündə günahlandırılır.
Qeyd edək ki, ötən ilin 30 iyulunda Soçi şəhərinin Adler rayonunda bir kafedə yanğın baş verib. Nəticədə əksəriyyəti işçi miqrant olan 11 nəfər həlak olub.