Sərkisyan Paşinyana hücum etdi: Əliyevlə yox, mənlə danış!

Sərkisyan Paşinyana hücum etdi: Əliyevlə yox, mənlə danış!
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin həlli ilə əlaqədar Azərbaycan Prezidenti yerinə eks-prezident Serj Sərkisyan və ya keçmiş xarici işlər naziri Edvard Nalbəndyanla konsultasiyalar aparmalıdır.

Bunu "Sputnik Ermənistan”a açıqlamasında Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib. Onun sözlərinə görə, yeni hökumət mütəmadi olaraq Qarabağın həlliylə bağlı təhlükələrin dərinləşməsi üçün imkan yaradır.

O, Paşinyanın Qarabağ məsələsindən daxili siyasi manipulyasiya üçün istifadə etdiyini deyib:

"Biz Paşinyanı sui-qəsddə ittiham etmirik, amma aydındır ki, onun yetərli informasiya və təcrübəsi yoxdur. Müxalif barabanlarla xarici siyasət aparılmır, Qarabağın həlli isə bilik və geniş siyasi konsolidasiya istəyir. Paşinyan daimi olaraq məharətlə Qarabağ danışıqların indiki mərhələsiylə bağlı danışıqlardan qaçır”.

Qeyd edək ki, Nikol Paşinyanın Qarabağla bağlı davosda Prezident İlham Əliyevlə qeyri-rəsmi görüşündən sonra "Qarabağ klanı” bundan öz məqsədləri üçün sui-istifadə etməyə girişib. Ölkə daxilində Azərbaycanın işğal edilən rayonlarının qaytarılacağı ilə bağlı məlumat yaymaqla, "Qarabağ klanı” siyasi mübarizə aparır və 20 il müddətində hakimiyyətdə qalmalarına səbəb olan "kart”ı yenidən işə salır. Çünki bu klanın Qarabağ spekulyasiyasından başqa verə biləcəyi heç bir vəd yoxdur.Axar

OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...