Narkobaronun həbsxanadan şok qaçış planı: Məşhur müğənni hamını aldadıb

Narkobaronun həbsxanadan şok qaçış planı: Məşhur müğənni hamını aldadıb
Dünyanın ən qorxulu və ən güclü narkobaronu, milyarder, ABŞ-da Al Kaponedən sonra ikinci ən güclü mafioz hesab edilən, şöhrəti Pablo Eskobarı da keçən Hoakin Qusman "Sinaloa” kartelinə 90-cı illərdən başçılıq edirdi. Bu kartel ABŞ-ın narkotik bazarının üçdə ikisini əlində saxlayır.
 
Hoakin Qusman 2015-ci ildə Meksikada saxlanıldığı sərt rejimli həbsxanadan uzunluğu 1.5 kilometrə çatan yeraltı tunellə qaçıb. Bu, "Gödəkboy”un Meksika həbsxanasından ikinci qaçışı idi. Lakin təxminən bir il sonra Qusman Meksika xüsusi təyinatlıları tərəfindən saxlanılıb və mühakimə olunmaq üçün ötən il ABŞ-a təhvil verilib. "Gödəkboy” Amerikaya 14 milyard dollarlıq kokain keçirib satdırmaqda və digər çoxsaylı cinayətlərdə ittiham olunur. Onun iki dəfə həbsxanadan necə qaçması olduqca ilgincdir.  Güclü nəzarətdə qorunan narkobaron necə olur ki, iki dəfə həbsxanadan qaçır. Onun məhkəməsi zamanı bu detallar müzakirə olunmadı. Çünki onun qaçış planını həyata keçirən Meksikalı müğənni və aktrisa Blinda  olub. Müğənninin saxta sənədlə onun qaçış planını hazırladığı ortaya çıxıb. Onun prezidentə qədər çıxışı olduğu iddia edilir.
 
Qusmanın məhkəməsi Nyu-Yorkda 2018-ci il noyabrın əvvəllərində başlayıb və 4 ay davam etməsi gözlənilir. Dünənki məhkəmə prosesində ifadə verən Martinez deyib ki, "Gödəkboy”un hər sahilyanı kurort şəhərində evləri, hər əyalətdə malikanələri vardı. Kokain ticarətindən əldə edilən pullar bu evlərdə saxlanılırdı.

Şahid ifadəsində deyib ki, "Gödəkboy”un başçılıq etdiyi Sinaloa karteli sərhədin altından qazılan tunellər, gizli bölmələri olan yanacaq çənləri və istiot qutularında ABŞ-a hər il tonlarla kokain keçirirdi. Qusman hər ay üç özəl təyyarəsini göndərib kokain ticarətindən əldə edilən pulları toplayırdı və hər təyyarə 10 milyon dollara qədər nəğd pul daşıyırdı. Bu pulların bir qismi çuvallarla Meksika banklarına aparılır, işçilərə rüşvət verməklə pesoya çevrilirdi.
 
Martinez Qusmanın Acapulco sahillərindəki villasında zooparkın olduğunu danışıb. O, arabir özünün kiçik şəxsi qatarı ilə həmin zooparkdakı vəhşi heyvanlara baxmağa gedirdi. Zooparkda şirlər, pələnglər və digər yırtıcılar saxlanılırdı.









OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...