“Nezavisimaya qazeta”:"Putin Paşinyana etibar etmir"

“Nezavisimaya qazeta”:
Rusiyanın "Nezavisimaya qazeta” nəşri Ermənistanın baş naziri Nikol Paşinyanın bu ölkənin 2019-cu ildə Avrasiya İqtisadi İttifaqında sədrliyi münasibətilə Moskvaya səfərinə həsr olunmuş məqalə dərc edib.

Həmin məqalədə qeyd olunduğuna görə, Paşinyanın Moskva səfərinin proqramında Rusiya prezidenti Vladimir Putinlə danışıqların olmaması təhlükəli siqnaldır.

"Nəşrin məlumatlı mənbəyinin sözlərinə görə, Rusiya tərəfi Ermənistanın yeni hakimiyyətinə hələ də kifayət qədər etibar etmir. Bəzi bəyanatlar, ələlxüsus da Çin, yaxud İsveçlə hərbi-ticarət münasibətlərinin yaradılması cəhdləri, təbii ki, Moskva tərəfindən nəzərə alınmamış deyil. Rusiyaya məxsus təsərrüfat subyektlərində yoxlamalar da etimad dərəcəsini artıra bilməzdi. Bu və ya digər Rusiya siyasi və biznes dairələri ilə əlaqəli olan keçmiş məmurlar barəsində cinayət işləri bürədə isə danışmağa dəyməz. Bunlardan ən vacibi həbsdə qalmaqda olan ikinci prezident Robert Koçaryandır ki, deyilənə görə, onu Putinlə şəxsi dostluq telləri bağlayır”, – "Nezavisimaya qazeta” yazır.

Məqalədə o da qeyd olunur ki, Ermənistan cəmiyyəti Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüşlərinə birmənalı yanaşmır və yaxın gələcəkdə Qarabağ münaqişəsinin mümkün "yekunlar”ı ilə bağlı baş nazir tənqid edilir.

Nəşr qeyd edir ki, son hadisələrin fonunda Vladimir Putinin cümə günləri vaxtının azlığı Ermənistan baş nazirinin ünvanına tənqidin ikiqat artacağına səbəb olacaq.

Daha öncə bildirilmişdi ki, Nikol Paşinyanın yanvarın 25-nə nəzərdə tutulmuş Moskva səfəri çərçivəsində Ermənistanın baş naziri rusiyalı həmkarı Dmitri Medvedevlə görüşəcək.


OXŞAR XƏBƏRLƏR

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...