Venesuelada gərginlik pik həddə - Hərbçilər qiyama başladı

Venesuelada gərginlik pik həddə - Hərbçilər qiyama başladı
Venesuelada yaşanan siyasi durğunluq küçə mitinqlərinə və iğtişaşlara səbəb olub.

Publika.az xəbər verir ki, müxalif qaynaqlar etiraz aksiyalarında yaşanan qarşıdurmalarda 26 nəfərin öldüyünü, 364 nəfərin həbs olunduğunu bildirir.

Hökumətə yaxın media qurumu olan "Ultimas Noticias”ın informasiyasına görə, Şərq Bölgəsi Stateji Müdafiə Birliyinin komandanı Uilyam Serantes Pinto isə qarşıdurmalarda 268 nəfərin saxlanıldığını açıqlayıb.

Düşdüyü iqtisadi və siyasi böhranın içindən çıxa bilməyən ölkədə iki prezident var. Seçkilərdə 64% səslə qalib gələn Nikolas Maduro və Milli Məclisin spikeri, müxalifət lideri Juan Quaydo. Müxaliflər Maduronu prezident kimi qəbul etmədikləri və Maduro istefa vermədiyi üçün qarşıdurmaların vətəndaş müharibəsinə qədər uzanması ehtimal edilir.

Ölkədə hökumətə qarşı müqavimət hərəkatları ilə tanınan və hüquq işçilərinin yaratdığı Foro Penal qeyri-hökumət təşkilatı sosial media hesabından verdiyi məlumatda müxaliflərin təşkil etdiyi mitinqdən sonra 320 nəfərin həbs olunduğunu təsdiq edib. Venesuelanın müxtəlif bölgələrində işləyən vəkillərin təşkil etdiyi qeyri-hökumət təşkilatı isə bir həftə ərzində həbs edilənlərin sayının 364 olduğunu deyib.

Venesuela İctimai Problemlərin Müşahidəsi təşkilatı mitinqlərdə ölənlərin sayını açıqlayır. "Observatorio de Conflictos” adlandırılan təşkilatın məlumatına görə, mitinqlərdə 26 nəfər ölüb. Rəsmi açıqlamalarda isə ölüm faktının qeydə alınmadığı bildirilir.

Ölkədə küçə nümayişləri davam edir. Həftənin əvvəlində 27 hərbçinin xalqı ayağa qalxmağa çağırması və ardınca təslim olmaları ilə başlayan, gecələr daha çox şiddətlənən nümayişlər azalsa da, davam etməkdədir.

Qeyd edək ki, parlamentin spikeri Juan Quaydonun prezidentliyini 34 Amerika qitəsi ölkəsi və bir çox dünya ölkələri tanıyır. Türkiyə, Rusiya, İran və bu kimi ölkələr isə Maduroya dəstək çıxır.

Ekspert dairələri və bir çox dövlət Venesueladakı hadisələrin birbaşa ABŞ tərəfindən planlaşdırıldığını bildirir.


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...