Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 26-ya çatdı

Hadisə
08:39 / 25.01.2019
2223
Venesuelada son günlər keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 26 nəfərə çatıb.
Bu barədə "Venesuela sosial münaqişələr rəsədxanası"nın (OVCS) "Twitter"ə yerləşdirilən məlumatında deyilir.
Bildirilir ki, söhbət şəxsiyyəti müəyyənləşdirilən ölənlərdən gedir.
Ölən və yaralananlar barədə rəsmi məlumat isə yoxdur.
Daha əvvəl ölənlərin 16 nəfər olduğu bildirilmişdi.