Ermənilər dünya bazarına “Qarabağ” adı ilə \"qara kürü\" satacaq - Foto

10:07 / 24.01.2019
2264
İşğal olunmuş Qarabağda ermənilər 2015-ci ildə fransızlarla birlikdə yaratdıqları "Golden Fish" şirkətinin ilk məhsulunu dünya bazarına çıxarır.
Sfera.az xəbər verir ki, işğal altında olan Ağdərənin Madagiz kəndində 2015-ci ildə yaradılan bu balıqçılıq təsərrüfatında 2020-ci ildə 2,5-4 ton aralığında qara kürü qondarma respublikanın brendi altında dünya bazarına çıxarılacaq.
"Şirkətin məqsədi ildə 2,5 tondan 4 ton qara kürü istehsal etməkdir. 2020-ci ildə "qara qızıl" ın ilk partiyasının istehsalı planlaşdırılır.”- bu sözləri şirkətin ideya müəllifi ABŞ vətəndaşı olan Armen Chelyan deyib.
