“Bu, Ermənistanda dağıntılara səbəb olacaq” – Krılovdan şok sözlər

“Bu, Ermənistanda dağıntılara səbəb olacaq” – Krılovdan şok sözlər
"Rusiya-Ermənistan münasibətlərində ciddi problemlər yaranıb”.

Bunu Rusiya AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, politoloq Aleksandr Krılov deyib.

Ekspertə görə, ikitərəfli münasibətlərdə problem yaradan əsas faktor Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin "məxməri inqilab” kimi qəbul edilməsidir:

"Keçən ilin aprel-may aylarında Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Bu prosesin "məxməri inqilab” olması Rusiyada narahatlıq yaradıb. Hakimiyyətə gəlmiş yeni qüvvənin Rusiya əleyhinə səsləndirdiyi fikirlər də münasibətlərə mənfi təsir göstərir. Əlbəttə, Ermənistanın maraqları baxımından, Moskva ilə isti münasibətəri davam etdirmək daha məqsədəuyğun olmalıdır”.

Aleksandr Krılov hesab edir ki, Ermənistanın yeni hakimiyyəti SSRİ-nin dağılmasından sonra respublikaların davam etdirdiyi siyasətə üz tutsa, bu, Ermənistanda dağıntılara səbəb olacaq:

"Bu baxımdan, yaxın gələcəkdə cəmiyyətin sosial-iqtisadi vəziyyətində müsbət dəyişiklik olmasa, bu yeni narahatlığa və dəyişikliyə yol aça bilər”.Teleqraf

OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...