Azərbaycanlı kapitanın cəsədi Rusiya sahillərində tapıldı

Samsun sahillərində batan VƏ Panama bayrağı altında üzən yük gəmisinin kapitanı Turbat İsmayılovun cəsədi Rusiyanın Tuapse limanı sahlillərində Vanuatu bayrağı altında üzən bir gəmi tərəfindən aşkar edilib.
Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, Samsun valiliyindən verilən açıqlamada "Volga Balt 214” adlı gəmidə itkin düşən azərbaycanlı kapitan İsmayılov gəminin batdığı yerdən 85 km şimalda, Rusiyanın Tuapse limanının sahillərində tapılıb. Cəsədi aşkar edən Vanuatu bayraqlı M/V NURS adlı gəmi olub.
Açıqlamada kapitanın cəsədinin 19 yanvar tarixində Novorossiysk limanında rus səlahiyyətlilərə təslim edildiyi bildirilib.
Əldə edilən məlumata görə, Turbat İsmayılovun cəsədi Rusiyada müayinə olunduqdan sonra Azərbaycana göndərilərək ailəsinə təslim edilib.
Qeyd edək ki, 7 yanvar 2019-cu il tarixində Türkiyənin Samsun sahillərində "8841644IMO” nömrəli "Volga-Balt 214” adlı Panama bayrağı altında yük gəmisi batıb. Hadisə zamanı gəmidə olan 13 nəfərdən 7-si xilas edilib, 4-nün cəsədi isə sudan tapılıb. Lakin itkin düşən daha 2 nəfərin cəsədinin axtarılması üçün işlər davam etdirilib.
Sfera.az