Putin inadından dönmədi: Belarus çətin durumda

Dünya
12:31 / 26.12.2018
1613
Rusiya Prezidenti Vladimir Putin Belarusa etdiyi təzyiq etməkdə davam edir.
Sfera.az xəbər verir ki, çoxdan gözlənilən Belarus prezidenti Aleksandr Lukaşneko ilə rusiyalı həmkarı Vladimir Putinin görüşü nəticəsiz qalıb.
Bu barədə Kremldə dörd saatdan çox davam edən danışıqların yekunlarına dair Belarus liderinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
Qeyd edək ki, Rusiya Belarusa satdığı qazin qiymətini yenidən artırması vəziyyəti çətinləşdirib. Rusiya 2019-ci ildə mavi yanacaq satış qiymətini bəzi ölkələr üçün qaldıracağını açqılamışdı.