İsveçdə siqaret çəkənlərə şok cəza: 2000 avro

Dünya
10:26 / 26.12.2018
2011
Siqaretlə ən ciddi mübarizə aparan ölkələrdən biri olan İsveç hökuməti yeni qadağa tətbiq edib.
Sfera.az xəbər verir ki, 2005-ci ildən qapalı məkanlarda siqaret çəkilməsini qadağan edən İsveç hökuməti yeni qərar verib. Bundan sonra məktəblərin, universitetlərin ərazisində siqaret çəkənlər 2000 avro, satışını həyata keçirənlər isə 10000 avro cərimə ediləcəklər. Həmçinin yeni qadağa ilə siqareti yalnız icazə verilən xüsusi məkanlarda çəkmək olacaq.