Ukrayna müəllimlərin maaşını verə bilmir: Məktəblər bağlanacaq

Dünya
10:08 / 26.12.2018
2723
Ukrayna Maliyyə Nazirliyi müəllimlərin 11 aydır ki, maaş ala bilmədiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, nazirlik bunu Təhsil Nazirliyi ilə aralarında yaranan problemlə izah edib. Lakin Ukrayna mətbuatı ölkədə ciddi maliyyə probleminin olduğunu etiraf edir. Artıq yanvarın 5-dən təhsil işçiləri etiraz aksiyasına başlayacaqlarını bildiriblər.
Bildirilir ki, maaş problemi yazdan hiss olunmağa başlayıb. Belə ki, hökumət müəllimlərə 2018-ci ilin yanvarın 1-dən nəzərdə tutulan maaş artımını həyata keçirməyib, ümumi borc isə mlrd. qriveni ötüb. Yerli hökumət ərazilərdəki məməkhaqqı fondlarını öz hesablarına maliyyələşdirmək məcburiyyətində qalmışdılar, lakin hər yerdə bunu görmək mümkün olmayıb.
Büdcə vəsaitlərinin çatışmazlıqlarını kompensasiya etmək üçün yerli hökumət pedaqoqlara əməkhaqlarının 30 faizini təşkil edən əlavə maaşı kəsməyə, həmçinin şagirdlərin valideynlərinə təhsil haqqı ödəməyə çağırışa başlayıblar.