Öldürdüyü həyat yoldaşının Facebook-unu işlədirdi ki, heç kim şübhələnməsin-Foto

09:45 / 26.12.2018
3048
Hindistanın məşhur plastik cərrahı olan Dharmendra Pratap Singh uzun araşdırmalardan sonra həbs edilib.
Sfera.az xəbər verir ki, polis 6 aydır məşhur cərrahın əməlindən şübhələnərək izləməyə başlayıb.
Cərrahın öz həyat yoldaşını dəhşətli şəkildə qətlə yetirdiyi ortaya çıxıb. Həyat yoldaşı Rəhi Srivastavayı Nepalda bir dağdan atan cərrah, həyat yoldaşının Facebook səhifəsini işlətməklə heç kimi şübhələndirməyib. Yalnız bank əməliyyatı zamanı cinayətin üstü açılıb. Polisin uzun müddətli izləməsi Dharmendra Pratap Singhi cinayəti etiraf etməyə məcbur edib. Cərrah həyat yoldaşını ona qarşı külli-miqdarda təzminat davası açmasını görə qətlə yetirdiyini bildirib.