Bu müsəlman ölkəsində Milad bayramı rəsmi şəkildə qeyd olunacaq

Bu müsəlman ölkəsində Milad bayramı rəsmi şəkildə qeyd olunacaq
İraqda bu ildən etibarən katolik təqvimlə Milad bayramı rəsmi şəkildə qeyd olunacaq.
 
Sfera.az CNN-ə istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi "Twitter” səhifəsində bəyan olunub.
 
İraq hökuməti Milad gününü ölkədə yaşayan xiristian vətəndaşları nəzərə alaraq tanıdığını və bütün ölkədə keçirilməsini uyğun gördüyünü bildirib.
 
İraqda son illər xiristianların sayı kəskin azalıb. Əgər 2003-cü ildə ölkədə 1,5 milyon xiristian yaşayırdısa, hazırda bu 250 min civarındadır. Onların sayının azalmasının əsas səbəb kimi İŞİD-ın bölgəni işğal edərkən xiristian əhaliyə qarşı apardığı siyasət göstərilir.














Müsəlman ölkəsindrə Milad bayamı keçiriləcək










 

OXŞAR XƏBƏRLƏR