Almanlar ulduz futbolçunu transfer etdilər
İdman
17:17 / 24.12.2018
3650
İspaniyanın "Atletiko” klubunun müdafiəçisi Lyuka Ernandes bundan sonra Almaniya Bundesliqasında forma geyinəcək.
Sfera.az xəbər verir ki, ulduz futbolçu yanvardan "Bavariya” klubunun formasını geyinəcək. Məlumata görə fransız futbolçu münxenlilərlə məvacibi 8,5 milyon avro olan 4 illik müqavilənin razılığını əldə edib.
Atletiko bu məvacibi Ernandesə verə bilmir. Bunun səbəblərindən də biri Antuan Qrizmanın məvacibidir.
Digər futbolçular arasında da məvacibin azlığına görə narazılıqlar var. Xüsusilə də Tomas Parti hazırki vəziyyətindən narazıdır.
Klub ona görə Ernandesin satılmasında maraqlıdır.