Remsi “Yuventus”da
İdman
13:53 / 24.12.2018
2304
İngiltərənin "Arsenal” klubunun futbolçusu Aaron Remsi İtaliya çempionatında top qovacaq.
Sfera.az xəbər verir ki, Remsi çempionatın lideri "Yuventus”la müqavilə imzalayıb. Bu müqaviləyə əsasən yarımmüdafiəçinin məvacibi ildə 10 milyon avro olacaq.
Remsinin Arsenalla müqaviləsi yayda bitir. O, yanvar ayından istənilən klubla sanışıq apara bilər.Məlumata görə Turin klubu artıq Remsi ilə müqavilə imzalayıb.
27 yaşlı uelsli futbolçu bu mövsüm Arsenalın heyətində 21 oyunda 2 qol və 6 asistlə yadda qalıb.