Məsud Özil “Fənərbaxça”da?
İdman
23:42 / 22.12.2018
4238
Almaniyanın məşhur "Bild” nəşri şok iddia ilə çıxış edib.
Sfera.az xəbər verir ki, alman nəşri məşhur futbolçu Məsud Özilin "Fənərbaxça”ya keçməyə yaxın olduğunu yazıb.
"Fənərbaxça” prezidenti Ali Koçun istənilən transferi etməyə hazırıq deməsi menecerləri hərəkətə gətirib. Mətbuatın iddiasına görə "Fənərbaxça” "Arsenal”dan ayrılmaq istəyən Mesud Özili icarəyə götürəcək. Məşhur futbolçu "Arsenal”ın baş məşqıçısı Unai Emeri probleminin olması səbəindən komandadan ayrılmaq istəyir. Alman mətbuatı isə daha bir türk klubu "Başakşeher”in də Özilə transfer təklifi etdiyini iddia edir.