Şəhriyar Məmmədyarovu üstələyən şahmatçı əlavə imtiyazdan məhrum edilə bilər

Şəhriyar Məmmədyarovu üstələyən şahmatçı əlavə imtiyazdan məhrum edilə bilər
Şahmat üzrə İddiaçılar Turnirinin növbəti tsiklində vitse-çempiona birbaşa iştirak hüququnun verilmə qaydası ləğv oluna bilər.
 
Bu barədə "Report"a Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov açıqlama verib. M.Məmmədov hazırda bu istiqamətdə müzakirələrin getdiyini bildirib:
 
"Çoxları, o cümlədən, mən də fikirləşirəm ki, bu, düzgün deyil. Çünki vitse-çempion üçün həddən artıq imtiyaz anlamı verir. Futboldan götürsək, Xorvatiya Rusiyadakı dünya çempionatının finalında uduzubsa, DÇ-2022-nin final mərhələsinə birbaşa vəsiqə qazanmır. Hətta dünya çempionu Fransanın da belə hüququ yoxdur. Bu cür imkan yalnız ev sahibinə verilir. Ona görə də istək var ki, belə imtiyazları bir qədər azaldaq".
FIDE rəsmisi hazırda məsələnin müzakirə mərhələsində olduğunu əlavə edib. Onun sözlərinə görə, yekun qərar 2019-cu ilin birinci rübündə və ya ortalarınadək qəbul olunacaq.

Qeyd edək ki, İddiaçılar Turnirinin son qalibi ABŞ təmsilçisi Fabiano Karuana olub. Bu yarışda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ikinci yeri tutub. Karuana dünya şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenə uduzub.
 

OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...