\"Fənərbağça\" Ersun Yanalla rəsmi müqavilə bağladı

Kateqoriya məlum deyil14.12.18, 11:342200 👁️
T
Türkiyənin "Fənərbağça" futbol komandasına yeni baş məşqçi təyin olunub.
Qeyd edək ki, Ersun Yanal Fillip Kokunun istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsində çalışmış Ervin Kumanı əvəzləyib.
Sfera.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ersun Yanalla 1,5 illik illik müqavilə imzalanıb.
Bu, Yanalın "sarı-lacivərdlilər"ə ikinci dönüşüdür. 57 yaşlı mütəxəssis 2013-2014 mövsümündə "Fənər"i çempion edib.
