\"Lotu Quli\'\'nin ailəsində üç gün üç gecə toy oldu - Məşhurlar pulsuz oxudu - VİDEO

\
Azərbaycanlı ''qanuni oğru'' ''Lotu Quli''nin ailəsində toy mərasimi baş tutub.

Sfera.az unikal.org-a istinadən həmin toyla bağlı maraqlı təfərrüatlar əldə edib. Belə ki, Nadir Səlifovun bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisikeçirilib. ''Lotu Quli''nin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamı Zakir müəllimin oğlu Samir bəylə ailə həyatı qurub.

Bu toydan öncə Bakıda dəbdəbəli nişan və toy mərasimi olub. Tbilisinin ən məşhur şadlıq saraylarının birində keçirilən toyda tanınmış müğənnilər Ədalət Şükürov, Samir Piriyev, Nazənin, Rüfət Axundov, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, İbrahim Borçalı, Türkan Vəlizadə, meyxanaçılar Namiq Qaraçuxulu, Vasif Əzimov, Pərviz Bülbülə və tanınmış şairə Nazilə Səfərli iştirak edib. Adıçəkilən sənət adamları ''Lotu Quli'' kimi tanınan azərbaycanlı ''qanuni oğru'' Nadir Səlifova hörmət əlaməti olaraq bu toyda təmənnasız iştirak ediblər. Gürcüstanda keçirilən toyda ''qanuni oğru'' ''Lotu Quli''nin də iştirak etdiyi bildirilir. Şadlıq sarayının toy keçirilən zalında onun üçün xüsusi stol hazırlandığı bildirilir. Toyda şairə Nazilə Səfərlinin onun anasına yazdığı "Həccə gedən gözəl anam" şeiri və mahnısı səsləndirilib. Müğənni Şəbnəm Tovuzlu həmin mahnını səsləndirərkən Hacı xanım sənət adamlarına nəmər verib. Bundan sonra digər ziyafət iştirakçıları sənət adamlarını pul yağışına tutublar.


 

OXŞAR XƏBƏRLƏR

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...