Kriştianu Ronaldo ÇL tarixinə düşdü

Kriştianu Ronaldo ÇL tarixinə düşdü
"Yuventus”un futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının tarixinə düşüb.
 
Portuqaliyalı ulduz turnirdə 100 qələbə qazanan ilk futbolçu olub.

Yubiley qələbəsi "Valensiya” ilə V tur qarşılaşmasına təsadüf edib - 1:0. "Yarasalar”la görüşdə 33 yaşlı forvard 59-cu dəqiqədə Mario Mandzukiçə məhsuldar ötürmə edib. Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Turin təmsilçisi 1/8 finala vəsiqəni təmin edib.

Ronaldo Çempionlar Liqasında indiyədək iştirak etmiş 140 komandadan 136-nı qələbə sayında üstələyir./qafqazinfo
 

OXŞAR XƏBƏRLƏR