“WhatsApp” istifadəçilərinə - Şok xəbər - VİDEO

“WhatsApp” istifadəçilərinə - Şok xəbər -  VİDEO
200 milyon "WhatsApp" istifadəçisi təhlükədədir
Populyar «WhatsApp» messencerində aşkarlanmış boşluq kibercinayətkarlara istifadəçilərin fərdi kompüterinə troyan və başqa tip viruslar quraşdırmağa imkan verib. Nəticədə messencerin veb-versiyasının 200 milyon istifadəçisi zərərə məruz qalıb.
 
200 milyon istifadəçi
 
«Check Point» şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisi Kasif Dekel «WhatsApp» messencerinin veb versiyasında boşluğun aşkar edilməsi və 200 milyon istifadəçinin zərər görməsi haqda bildirib.
 
Boşluğun mahiyyəti
 
Boşluqdan istifadə edən cinayətkar istifadəçiyə zərərli koda malik «vCard»  kontakt kartını göndərə bilər. İstifadəçi bu kartı açdıqdan sonra haker onun sisteminə müdaxilə imkanı əldə edir və uzaq məsafədən kompüterə zərərli proqram quraşdıra bilər. «vCard» - bu, istifadəçinin adı, telefon nömrəsi, elektron ünvanı və başqa kontakt məlumatlarını özündə saxlayan standartlaşdırılmış fayldır.
 
Sadəcə, telefon nömrəsini bilmək kifayətdir
 
Hakerin hücum etməsi üçün qurbanın «WhatsApp» hesabını bağlanmış mobil telefon nömrəsini bilməsi kifayətdir. «WhatsApp» messencerinin veb versiyası mobil proqramdan göndərilmiş təsvir, video, audiofayllar və «vCard» daxil olmaqla bərkitmələri avtomatik açır.
 
Boşluq 0.1.4481 versiyasında aradan qaldırılıb. «WhatsApp»ın messencerinin əvvəlki versiyalarında bu boşluq mövcuddur. 27 avqust 2015-ci il tarixində düzəliş buraxılıb.
 
"Xoşbəxtlikdən, «WhatsApp» komandası kifayət qədər tez reaksiya verərək qısa müddətdə boşluğu aradan qaldıra bilib - «Check Point»in tədqiqatçısı Oded Vanunu bildirib.

OXŞAR XƏBƏRLƏR

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...

Ukrayna macar casusları aşkara çıxardı - İllərdir pusquda...

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkə tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatçılarını ifşa edib.    Sfera.az bu barədə “RB...

"Sülh sazişi imzalamağa hazırıq" - Ermənistan XİN

Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.    Sfera.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan b...

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...