Növbəti iki il Yer kürəsi tarixində ən isti illər olacaq
Cəmiyyət
06:38 / 16.09.2015
1620
Bu barədə Böyük Britaniya Hidrometeorologiya bürosunun alimləri bəyan ediblər.
Tədqiqatçılar qlobal istiləşmədə “fasilə”nin bitdiyini və bir neçə vacib amilləri nəzərə alaraq növbəti iki ilin tarixdə ən isti illərin olacağını bildirblər.
Britaniyalı alimlərin proqnozlarına əsasən, Atlantik və Sakit okeanlarında baş verən təbiət hadisələri gələn ilin ən isti olacağını göstərir.
Qlobal istiləşməyə ən böyük təkanı isə Cənub tərəddüdü və ya “El Nino” - Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının tempratur qərarsızlığı - göstərəcək.
“El-Nino” təbiət hadisəsi yaratdığı isidici təsir səbəbiylə qasırğalara, şiddətli yağışlara, daşqınlara, quraqlığa, yanğınlara və kənd təsərrüfatı məhsullarının məhv olmasına səbəb olur.
Bununla yanaşı, axın epidemiya xəstəliklərinin artımına gətirib çıxarır və nəticədə çox sayda adamın ölümünə səbəb olur. //oxu.az