Bakıda ən ucuz elektromobilin satışına başlanıb - FOTOLAR
Bakıda ən ucuz elektromobilllərin satışına başlanılıb. Fins.az-ın məlumatına görə, “Green Cars Azerbaijan” şirkəti sentyabr ayında “ZD” modellərinin satışına başlayıb. Elektromobilin maksimal sürəti saatda 80 kilometr, bir dəfə enerji yığmaqla qət edə biləcəyi məsafə isə 160 kilometrdir. 2 qapılı maşının ölçüləri isə 2763mm X 1539mm X 1524mm-dir. Bu model Bakıda 19 900 manata satılır ki, bu da hələlik elektomobillərin minik modelləri arasında ən aşağı qiymətdir.
Qeyd edək ki, hazırda Bakıda elektromobillərin enerji yığması üçün iki məntəqə fəaliyyət göstərir. Bunlardan biri Mərdəkan yolunda “SOCAR”a aid yanacaq doldurma məntəqəsi, digəri Heydər Əliyev Mərkəzinin dayanacaqlarıdır. Burada elektomobillərə enerji yığıla bilər. Bundan əlavə elektromobilləri ev şəraitində də enerji ilə təmin etmək olar.
Sfera.az