“ABŞ nə qərar verirsə versin...” – Makrondan İrana dəstək

“ABŞ nə qərar verirsə versin...” – Makrondan İrana dəstək
Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqına məxsus şirkətlərin İranda fəaliyyətinə şərait yaradacağını bildirib.

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, Aİ İranın nüvə proqramı ilə bağlı müqaviləni dəstəkləmək və öz müəssisələrini ABŞ-ın sanksiyalarından qorumaq fikrindədir.

"2015-ci ildə imzalanmış nüvə müqaviləsi regionda sülh və təhlükəsizliyin vacib elementidir. ABŞ-ın nə qərar verməsindən asılı olmayaraq, biz onu dəstəkləməyə qərar verdik. Müəssisələrimizin İranda qalmasına imkan yaradan siyasi tədbirlərin qəbuluna söz verdik” – Makron Aİ-nin Sofiyada keçirilən sammitində belə deyib.

Makron İranla nüvə müqaviləsinə, o cümlədən ballistik raketlərlə bağlı əlavələrin edilməsinin vacibliyini qeyd edib. Lakin o, bunun 2025-ci ildən sonra edilməli olduğunu bildirib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...