““Twitter”də verdiyim cavab əsəblərinə toxunub” – Ərdoğan Netanyahu haqda

““Twitter”də verdiyim cavab əsəblərinə toxunub” – Ərdoğan Netanyahu haqda
Türkiyə prezidenti Ərdoğan London səfərindən qayıtmadan əvvəl jurnalistlərlə görüşərək onların suallarını cavablandırıb.

Sfera.az xəbər verir ki, Ərdoğan Böyük Britaniya kraliçası haqda "Kraliçanın hafizəsi dəhşətdir”, deyib. Jurnalistlərin "Twitter”də Netanyahu ilə söz dueli ilə bağlı suallarına da cavab verən Türkiyə prezidenti  "Netanyahunun tvitinə cavabım onun sinirlərinə toxunub”, deyib.

Xatırladaq ki, İsrail baş naziri "Twitter” hesabında "Ərdoğan "Həmas”ın ən böyük himayədarlarından biridir, ona görə də şübhəsiz ki,  terror və qətliamdan çox yaxşı başı çıxır. Ona məsləhətim, bizə əxlaq dərsi verməsin”, yazmışdı. Ərdoğan isə "Netanyahu 60 ildən çoxdur BMT qətnamələrini pozaraq müdafiəsiz insanların torpaqlarını işğal edən bir aparteid dövlətinin başçısıdır. Netanyahunun əllərində fələstinlilərin qanı var, günahlarını Türkiyəyə hücum edərək gizlədə bilməz. İnsanlıq dərsi istəyirsən? 10 əmri oxu”, cavabını vermişdi.

Netanyahu bu dəfə ibrani dilində "Şimali Kiprin işğalını davam etdirmək üçün minlərlə əsgər göndərən və Suriyanı işğal edən zat özümüzü "Həmas”ın fəaliyyətindən qorumağımızla bağlı bizə dərs verə bilməz. Əlində Türkiyədəki, Suriyadakı saysız-hesabsız kürd qurbanların qanları olan zat bizə hərbi etika ilə nitq deyəcək son şəxsdir”, deyə yazmışdı. Bu tiviti də cavabsız qoymayan Ərdoğan "Netanyahuya xatırlatma” başlıqlı mesajında ""Həmas” terror təşkilatı deyil, fələstinlilər də terrorçu deyil. Fələstini işğalçı gücə qarşı müdafiə edən müqavimət hərəkatıdır. Dünya onlara zülm edənlərə qarşı fələstinlilərlə həmrəydir”, sözlərini yazıb.
 
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...