Tramp Rusiya üçün əlavə sanksiyalar hazırlayır
11:45 / 17.05.2018
2094
ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeoya Rusiyaya qarşı əlavə sanksiyalar planı hazırlamaq göstərişi verib.
Sfera.az xəbər verir ki, ABŞ Rusiyanı "Orta və qısa mənzilli raketlərin ləğvi haqda müqavilə”nin şərtlərini pozmaqda ittiham edir. Tramp Pompeoya maliyyə, müdafiə, ticarət nazirləri və milli kəşfiyyat sədrlərinin fəaliyyətini koordinasiya etmək tapşırığı verib.
Sanksiyalar müqavilənin şərtlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyan şəxslərə tətbiq oluna bilər.
Qeyd edək ki, "Orta və qısa mənzilli raketlərin ləğvi haqda müqavilə” 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb.
Sfera.az