\"Sapand daşı ilə nüvə silahına güc gələcəyini düşünən...\" - Zahid Oruc

\
Qüdsdə bir parça Amerika torpağına sahib olmaq istəyi birinci gün 60 insanın ölümü ilə nəticələndi.Kimsə deyə bilər ki,onsuz da diplomatik konsulluğun binasına vurulan rəmzi lövhənin necə adlanmasının elə bir əhəmiyyəti yox idi. Əsas məsələ, Ağ Ev rəhbərinin İsrail dövlətinin paytaxtına verdiyi dəqiq ünvanın bundan sonra 100 illik müharibələrin məhək daşına çevrilməsidir. Onsuz da müsəlmanların başına dolaşdığı Qara daşın müqəddəsliyi qarşısında indi yeni bir Ağ daş da siyasi pərvanələrin siyahısına əlavə olunur”. 

Sfera.az bildirir ki, millət vəkil Zahid Oruc sosial şəbəkə hesabında belə yazıb. O bildirib ki, nə Türkiyə liderlərinin Fələstin dərdi, nə də nüvəsiz İranın etirazları qanlı toqquşmalarda məhv olan insanların faciəsinin qarşısını almır:

"O bildirib ki, ola bilər "Alliluya” sədaları ilə Tanrıdan yəhudi uşaqlarına sülh və əmimanlıq arzulayan afroameriaklı müğənni onların içərisində olduğu qəsrdən on kilometlərə uzaqlıqda sapand daşı ilə nüvə silahına güc gələcəyini düşünən ərəb balalarına heç pislik edilməsini istəmir. Hələ üstəlik, Mossad dünən südəmər körpəni oraya yönəldən və çadra arxasında gizlənən Həmas qruplarının necə ustalıqla antiisrail bürüncəyi geyindiyini də tutarlı sübutlarla ortaya qoyur. Lakin qüvvələr nisbətinin bərabər olmadığı gün kimi aydındır. Alovlu tribunalar siyasətə və mənfəət vuruşmalarına yarayır, daxili istehlaka və hisslərin sümürgənliyinə xidmət edir, amma ölümləri durdurmur. Bir neçə on illik ərzində yəhudi dünyası ilə savaş aparanlar gedib müqəddəs yerlərdə gizlənib və qədim bir torpaqda müharibə ocağını qalamaqdadılar. Halbuki İsrailin bütün islam dünyası ilə düşmən olmaq istədiyini deyənlərin bir çoxu on illər ərzində öz xalqlarını usanmadan istismar edirlər”.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...