\"Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzedilməzdir\"

\
"Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə hüquqi demokratik dövlət quruculuğu üçün bütün əsaslar yaradılıb. Bu siyasi kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ”.

Sfera.az xəbər verir ki, bu sözləri  bu gün Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında spiker Oqtay Əsədov söyləyib. 
O. Əsədov bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri  əvəzedilməz və unudulmazdır:  

"Prezident İlham Əlyievin rəhbərliyi ilə Azərbaycan bu gün bölgədə və dünyada söz sahibidir. Dövlət başçısının dediyi kimi, Azərbaycan bu gün tam mənada müstəqil siyasət aparır və öz siyasətində yalnız Azərbaycan xalqına arxalanır ”.

Milli Məclisin sədri qeyd edib ki, parlament müasir Azərbaycanda xalqının suveren hüquqlarını müdafiə edən orqandır: 

"Heydər Əliyevdən güc almış inkişaf strategiyası prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha ağ günlərə çıxmasında əsas rol oynayacaq”.

Orxan Bəşirov
Sfera.az

OXŞAR XƏBƏRLƏR