"Heydər Əliyev Azərbaycanın qarşılacağı problemləri əvvəldən görürdü" - Spiker

Milli Məclisin ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş xüsusi iclası işinə başlayıb.

Sfera.az xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, hər tarixi inkişaf dövrü öz şəxsiyyətini yaradır.

"Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəlində dövlətimizin əldə etdiyi bütün uğurların ilhamvericisidir. 1960 və 1990-ci illərdə onun hər iki dəfə hakimiyyətə  gəldiyi illər ölkəmizin və xalqımızın ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf edib. Hər iki halda o, əsl umummili lider olduğunu sübut edib.  Heydər Əliyevin 1969 və 1980-ci illərdə yüksək idarəçiliyi sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu keçib. Sovet İttifaqının ən geridəqalan ölkələrindən olan Azərbaycan SSRİ-nin süqutundan sonra sürətlə inkişaf etməyə başladı”.

Spiker bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqillik yollarında qarşılacağı problemləri əvvəldən görürdü, bu günümüzün üçün vacib olan problemləri əvvəlcədən həll edirdi. 

"Partiya lideri olmaqla yanaşı dəfələr SSRİ Ali Sovetinin deputatı olub. Onun təşkilatçılığı Azərbaycan xeyrinə dəfələrlə qərarlar qəbul edilib”.

Spiker onu da vurğulayıb ki, Ulu öndərin Azərbaycan və xalqımız üçün attığı addımlar əvəzedilməzdir, unudulmazdır:

"Ulu öndər Parlamentin müxtəlif iclaslarında iştirak edib. Milli Məclisin Ulu öndərin təşəbbüsü ilə bir çox yeni qanunlar qəbul edib.Ölkədə əsaslı islahatların həyata keçirilməsi məqsədilə Ulu öndərin imzası ilə parlamentə 1500-ə qədər qanun təqdim edilib və müzakirələrdən sonra qəbul edilib. Böyük siyasi lider Azərbaycanın qanunverici orqanını dünyanın bu sahədəki qurumları səviyyəsində görməyi arzu edirdi”.
 
Orxan Bəşirov
Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...