Novruz Məmmədov Medvedevi təbrik etdi

Novruz Məmmədov Medvedevi təbrik etdi
Azərbaycanın baş naziri Novruz Məmmədov Dmitri Medvedevi Rusiya Federasiyasının hökumət başçısı təyin olunması münasibətilə təbrik edib.

Sfera.az bildirir ki, bu barədə məlumatı Rusiya Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.

Qeyd edək ki, Dmitri Medvedevin namizdəliyi Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Rusiya Dövlət Dumasının 374 deputat onun namizədliyinin lehinə, 56-sı isə əleyhinə səs verib.

Beləliklə, Medvedev yenidən Rusiyanın baş naziri seçilib. Baş nazir seçildikdən sonrakı nitqində Dmitri Medvedev qısa müddətdə hökumətin yeni tərkibini ölkə prezidentinə təqdim edəcəyini bildirib.

Daha sonra isə Rusiya prezidenti V.Putin D.Medvedevin baş nazir təyin olunması barədə müvafiq sərəncam imzalayıb.(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR