İspaniyada futbol klubu yaradan lənkəranlı qadın - FOTOLAR

18:50 / 08.05.2018
4202
Xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən həmvətənlərimiz yaşayır.
O, Lənkəran şəhərində doğulub və gənc yaşlarında Rusiyaya köçüb. Orada xeyli yaşayan G.Xanbabayeva artıq 10 ildən çoxdur ki, İspaniyaya yollanıb. Futbolla maraqlanmadığını deyən klub prezidenti təsadüf nəticəsində bu sahəyə gəldiyini deyib. İş qadını İspaniyada "Baku de Valensiya" və "Ellin Deportivo" klublarının bazası əsasında yeni komanda - "Baku Hellin Deportivo" klubunu formalaşdırıb. Klubun emblemi də üçrəngli bayrağımızı simvolizə edir.
Komanda İspaniyanın üçüncü divizionunda mübarizə aparır. Gülnarə xanım klub haqqında danışarkən deyib ki, futbolçuları hər dəfə oyuna başlamazdan öncə bir yerə toplaşaraq yüksək sədayla "Baku" söyləyirlər: "Onların səsi bütün stadionu bürüyür. Oyunlar zamanı stadionda Azərbaycan bayrağının dalğalanması insana qürur verir".
Gülnarə xanım müsahibələrində"Atletiko", "Real", "Barselona" kimi klublarla yaxşı əlaqələrinin olduğunu deyib.
O, həmçinin çıxışlarından birində söyləyib ki, azərbaycanlı futbolçuları bu klublara yerləşdirməyə hazırdır: "Mən azərbaycanlıları böyük məmnuniyyətlə qəbul etməyə hazıram. Ancaq həmin futbolçunun istedadı olmalıdır. Komandamızın qapıçısı ayda 300 avro alır ki, bu da bizdə ən yüksək ödənişdir. Əgər azərbaycanlı futbolçu vətənində ayda 10-15 min manat qazanırsa, mən onu İspaniyaya necə aparım?".
Gülnarə xanım müsahiblərində "Bakı" futbol klubunun İspaniyada çıxış etməsinin həm də diaspora fəaliyyətinin genişlənməsinə, Azərbaycanın adının tanıdılmasına şərait yaratdığını deyib.