Azərbaycanlı döyüşçü dünya çempionu oldu - FOTO

Azərbaycanlı döyüşçü dünya çempionu oldu - FOTO
Azərbaycanın və "Qəbələ” İdman Klubunun döyüşçüsü Bəxtiyar Abbasov növbəti beynəlxalq titulunu qazanıb.

Sfera.az bildirir ki, 33 yaşlı idmançı MMA GEFC Global (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnib.

O, bu uğura Bakıda, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə imza atıb.

Səksən dörd kiloqram çəki dərəcəsində çıxış edən B.Abbasov kəmər uğrunda döyüşdə braziliyalı Joze Eudes Tavareslə qarşılaşıb. Beş raundluq döyüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan idmançımız döyüşü vaxtından əvvəl qələbə ilə başa vurub. O, dördüncü raundda texniki nokautla qalib gəlib və dünya çempionu adına sahib çıxıb.

"Qəbələ”nin daha bir idmançısı turnir çərçivəsində qüvvəsini sınayıb. Yetmiş kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev Qazaxıstan idmançısı Aybek Nurseitlə üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən üç raundluq reytinq döyüşü heç-heçə ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...

"Çin üçün 80 faiz kifayətdir" - ABŞ prezidenti

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından Çinə tətbiq ediləcək yeni idxal rüsumları ilə bağlı açıqlamalar verib.   Sfera.az xəbər verir ki,...

Türkiyədə əməliyyat: 311,5 kq narkotik ələ keçirildi

Türkiyənin Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlar çərçivəsində 311,5 kiloqram narkotik maddə ələ keçirilib.   Sfera.az xə...

Axirətin olduğuna ən çox inanan ölkələr - SİYAHI

Axirətə - ölümdən sonra həyatın mövcudluğuna ən çox inanan ölkələrin adları açıqlanıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, siyahıda müsəl...

ABŞ-də varlılara yüksək vergilər tətbiq edilə bilər - Tramp razılığını verdi

ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamasında varlı amerikalılar üçün vergi dərəcəsinin artırılmasına qarşı olmayacağını bildirib. Tramp bu fikrin...