«Mercedes-Benz Formula 1 Event» tədbiri keçirildi - FOTO

«Mercedes-Benz Formula 1 Event» tədbiri keçirildi - FOTO
Bakıda aprel ayı ən möhtəşəm hadisə - Formula 1 yarışları ilə başa çatdı.

Artıq üçüncü ildir ki, bolidlər Sahilyanı bulvar boyu salınmış yolla şütüyərək, Xəzər dənizi sahillərinin məşhur küləyi ilə sürət yarışına çıxıblar. Bu günlər həmin parkın bir neçə kilometri kral yarışları həvəskarlarına və pərəstişkarlarına sanki kaleydoskopda yerli koloritlə üzvi surətdə birləşən müxtəlif bayram "adacıqları” təklif edərək yarış tədbirinin tam hüquqlu hissəsinə çevrilir.
 
Formula 1 Azerbaijan-ın daimi iştirakçıları – pilotu Lyüis Hemiltonun şərəf kürsüsünün ən yüksək pilləsinə qalxmış Mercedes-Benz komandası Azərbaycanda Mercedes-Benz-in nümayəndəliyi tərəfindən dəstək almışdır. Mercedes-Benz-in Azərbaycandakı Baş nümayəndəliyi «Autocapital-Azerbaijan», Azərbaycanda Mercedes-Benz-in rəsmi dilerləri «Autostar Kaukakasus GmbH» və «Absheron Automobil Center» aprel yarışlarının ümumi mənzərəinə "daha bir parlaq ştrix əlavə etmək” kimi gözəl imkandan da istifadə etməyi yaddan çıxarmadılar. 2018-ci il aprelin 28-də Bakının ən dəbli əyləncə müəssisələrindən biri – Enerji Club-da «Mercedes-Benz Formula 1 Event» baş tutdu. Rahat ab-hava, qızğın musiqi, atəşli musiqili şou - gözəl yaz gecəsinin yalnız bir hissəsi idi ki, onun da ayrılmaz hissəsi ilk yarınilliyin ən gözlənilən intriqası oldu.
 
Bu gecə çərçivəsində Mercedes-Benz CLS-in yeni modelinin təqdimatı baş tutdu. Qüsursuz, üslublu və görünən kimi dərhal Mercedes-Benz məhsulları pərəstişkarlarının "mühasirəsinə” düşən Mercedes-Benz CLS-i təqdimat meydançasına brend komandanın pilotu Valtteri Bottas gətirdi. Bir neçə sualı cavablandırdıqdan və qısa avtoqraf- və fotosessiyada təbəssümlə poza verdikdən sonra o, pərəstişkarlarının xoş arzularına səmimiyyətlə cavab verdi. O, bu gözəl gecəni yalnız növbəti mühüm günə görə tərk etməyə məcbur olduğunu qeyd edərək, bir daha yeni CLS-in əla keyfiyyətləri barədə danışaraq həlledici çıxışdan qabaq dincəlməyə getdi.
 
Gecənin qonaqlarını isə əyləncəli proqramın davamı gözləyirdi. Gecədə hədiyyəsi Sardiniyada «Forte Village Resort» kurort kompleksində istirahət etmək üçün sertifikat olan lotereya oynanıldı. Və qalibin bir nəfər olmasına baxmayaraq, bu, Enerji Club mətbəxinin yeməklərindən həzz alan, al-əlvan salyutu xatırlayan, həmçinin avtomobilə yaxınlaşan və məmnuniyyətlə məşhur avtobrendin bütün "gözəllikləri” ilə tanış olan qonaqların əhval-ruhiyyyəsini pozmadı.
 


OXŞAR XƏBƏRLƏR

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...

"Çin üçün 80 faiz kifayətdir" - ABŞ prezidenti

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından Çinə tətbiq ediləcək yeni idxal rüsumları ilə bağlı açıqlamalar verib.   Sfera.az xəbər verir ki,...

Türkiyədə əməliyyat: 311,5 kq narkotik ələ keçirildi

Türkiyənin Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlar çərçivəsində 311,5 kiloqram narkotik maddə ələ keçirilib.   Sfera.az xə...

Axirətin olduğuna ən çox inanan ölkələr - SİYAHI

Axirətə - ölümdən sonra həyatın mövcudluğuna ən çox inanan ölkələrin adları açıqlanıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, siyahıda müsəl...

ABŞ-də varlılara yüksək vergilər tətbiq edilə bilər - Tramp razılığını verdi

ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamasında varlı amerikalılar üçün vergi dərəcəsinin artırılmasına qarşı olmayacağını bildirib. Tramp bu fikrin...

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp cümə günü Truth sosial şəbəkəsində verdiyi açıqlamada Çin hakimiyyətini sərt tənqid edib.   Sfera.az xəbər verir ki, bild...