Hikmət Hacıyev: \"Azərbaycana qarşı hibrid müharibə aparılır\"

Hikmət Hacıyev: \
"Ermənistanın beynəlxalq media nümayəndələrini Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq etməsi jurnalizm prinsiplərinə ziddir".

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin iclasında çıxışı zamanı deyib. O, beynəlxalq media nümayəndələrinin informasiya əldə etmək hüququna hörmətlə yanaşdığını söyləyib: "Amma xüsusilə münaqişə zonalarında fəaliyyət zamanı dövlətlərin akkreditasiya qaydalarına, sərhəd keçid rejimlərinə, qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşılmalı, həmçinin münaqişəyə birtərəfli və qeyri-obyektiv yanaşma olmamalıdır”.

Hikmət Hacıyev ənənəvi və onlayn media, eləcə də sosial şəbəkələr vasitəsilə saxta xəbərlərin, dezinformasiyanın yayılması və propaqanda fəaliyyətinin həyata keçirilməsinin ifadə azadlığını ciddi şəkildə pozduğunu vurğulayaraq "ideoloji təcavüz”, "informasiya müharibəsi” və ya "hibrid müharibə” kimi fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığına diqqət çəkib: "SSRİ-nin dağılması dövründə və müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın yürütdüyü "informasiya təcavüzü” və "informasiya müharibəsi” ilə üzləşmişdir. Ermənistan BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğalı, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni gizlətmək üçün informasiya müharibəsi, propaqanda və dezinformasiya əməllərinə əl atıb. Erməni lobbi dairələrinin dəstəyi ilə bu tendensiya "hibrid müharibə” formasında bu gün də Azərbaycana qarşı davam etməkdədir”.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana qarşı olan yeganə propaqanda və dezinformasiya mənbəyi olmadığını deyən H. Hacıyev Birinci Avropa Oyunları dövründə Azərbaycana qarşı aparılan və hətta "psixoloji müharibə” səviyyəsinə çatdırılan propaqanda və dezinformasiya kampaniyaları barədə ətraflı danışıb və bir çox aparıcı media orqanlarının bu prosesdə iştirak etməsinin təəssüf və narahatlıq doğurduğunu vurğulayıb. O, hər hansı bir fakt ortaya qoymadan və cavab hüququna imkan vermədən ölkəyə qarşı bu qəbildən olan qarayaxma və dezinformasiya kampaniyalarının hələ də aparıldığını BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

H. Hacıyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrinin yerinə yetirilməməsinin Azərbaycan ictimaiyyətində haqlı və legitim suallar yaratdığını qeyd edərək, BMT-nin informasiya strategiyasının effektivliyini artırmaq üçün qəbul edilmiş qətnamə və qərarların icrasının vacibliyinə diqqət çəkib.(APA)

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...