"Real" "Yuventus"-un rekordunu təkrarladı -KRAL KLUBU FİNALDA

Bu gün Çempionlar Liqasında ilk finalçının adı bəlli olub.

Sfera.az-ın xəbərinə görə, yarımfinalın cavab matçında "Real” "Bavariya”nı qəbul edib.

Münhendə keçirilən ilk görüşdə 2:1 hesablı qalib gələn Madrid klubu böyük üstünlük əldə edib. 

Zinəddin Zidanın komandası qapısında erkən qol görüb. Lakin  "Real" ikinci hissənin əvvəlində hesabda önə keçib. "Bavariya”nın gücü yalnız bərabərlik qolunu vurmağa müvəffəq olub - 2:2.
 
Maraqlıdır ki, "Real" bu qələbə ilə "Yuventus" və "Milan"ın rekordunu təkrarlayıb. Hər iki italyan klubu ÇL-nın finalında 3 il dalbadal oynayıblar.
 
1 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
"Real” (İspaniya) - "Bavariya” (Almaniya) - 2:2 
Qollar: Ximmix,3 (0:1), Benzema, 11 (1:1), Benzema, 46 (2:1), Rodriges, 63 (2:2) 
 

OXŞAR XƏBƏRLƏR