“Xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər” - Ramiz Mehdiyev

Gündəm
18:54 / 11.04.2018
3174
"Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük
nailiyyətlər əldə edib".
Sfera.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.
PA rəhbərinin sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə tanınıb: "Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir".
R.Mehdiyev, həmçinin xaricdən Azərbaycana qarşı kampaniya aparılmasına münasibət bildirib:
"Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər. Belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar. Belə halları çox pis qiymətləndirirəm".